Modern.az

Daha 3 qazimiz Türkiyəyə göndərildi  

Daha 3 qazimiz Türkiyəyə göndərildi  

Aktual

1 Sentyabr 2021, 10:12

Ağır yaralanan daha 3 qazimiz - Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu və Səlimzadə Tural Vasif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

 

Modern.az xəbər verir ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı