Modern.az

“200 və 500 manatlıq əskinaslar hazırlanır”

“200 və 500 manatlıq əskinaslar hazırlanır”

Aktual

14 Noyabr 2012, 12:12

Azərbaycanda Mərkəzi Bank tərəfindən 200 və 500 manatlıq əskinasların tədavülə buraxılması planlaşdırılır. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev Modern.az saytına açıqlamasında bildirib.

Sədr müavini qeyd edib ki, bu əskinasların buraxılması ilə bağlı razılıq əldə olunasa da, onların nə zaman dövriyyədə olacağı hələ məlum deyil.

A.Quliyev həmçinin bildirib ki, bəzi banklarda köhnə əskinasların götürülməməsi ilə bağlı faktlara da rast gəlinir.

“Birmənalı qaydada deyə bilərəm ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, istənilən manat geri götürülməlidir. Yəni, pulun köhnə olması heç bir halda əsas ola bilməz”, - deyə sədr müavini bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı