Noyabrın 22-də Hesablama Palatasının kollegiyası keçirilib. Palatanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, kollegiyada “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universetetinə tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrinə dair Hesabat və Rəy”, “Qaradağ rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy”, “Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair auditin nəticələri üzrə Hesabat və Rəy”, “Şəmkir rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy”, eləcə də, “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy” müzakirə edilərək təsdiq olunub.