Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan bəzi deputatların toxunulmazlıq hüquqları əllərindən alınacaq. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Baş nazirin sözlərinə görə, son günlər PKK terror qruplaşmasına açıq-aşlar dəstək verərək hüquq-mühafizə orqanlarına qarşı təzyiqlər göstərən BDP-li millət vəkillləri qanunla toxunulmazlıq hüquqlarından məhrum edilməlidir. Bəzi BDP-li deputatların Türkiyə dövlətçiliyinə qarşı çıxdığını deyən Ərdoğan həmçinin bildirib ki, bununla bağlı lazımı hüquqi addımlar atılacaq.
Modern.az