Modern.az

Kəmaləddin Heydərov Avropada “İlin idman adamı” seçildi

Kəmaləddin Heydərov Avropada “İlin idman adamı” seçildi

Aktual

17 Dekabr 2012, 19:05

Azərbaycan Boks və Taekvondo Federasiyalarının prezidenti Kəmaləddin Heydərov Avropada “İlin idman adamı” mükafatına layiq görülüb. Apasport.az saytının xəbərinə görə, “Spor Türkiye Yönetim Kurulu” tərəfindən seçilən mükafatlar bu gün sahiblərinə təqdim olunacaq.

İstanbulun Haliç Universitetinin mərkəzi zalında keçiriləcək tədbirdə bir çox tanınmış idman adamları - “Real” (Madrid) klubunun idman direktoru Emil Butragenyo, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey, “Qalatasaray” klubunun prezidenti Ünal Aysal, “Bursaspor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam, “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim, “Beşiktaş” klubunun futbolçusu Manuel Fernandes, Türkiyə millisinin baş məşqçisi Abdulla Avcı, “Qalatasaray” klubunun futbolçusu Burak Yılmaz, Avropa Klublar Birliyinin prezidenti Karl Haynts Rumenigge, türk futbolunun canlı əfsanələri Rıdvan Dilmən, Sərgən Yalçın, Hakan Şükür, Türkiyə Atletika Federasiyasının prezidenti Mehmet Terzi, futbol hakimi Fırat Aydınus, əfsanəvi futbolçular - ingilis Dalian Atkinson və alman Falko Goetz, eləcədə olimpiya çempionları və idman jurnalistləri iştirak edəcəklər.

Tədbir Türkiyənin Lig TV, TRT və NTV SPOR kanalları ilə yayımlanacaq. İtaliya, İngiltərə, İsveçrə, Hollandiya, Portuqaliya, Almaniya və Azərbaycan kanalları da İstanbuldakı tədbirdən reportajlar hazırlayacaqlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı