ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin Azərbaycanın müstəqilliyini tanıması ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, paylaşımda deyilir:
“30 il əvvəl, 25 dekabr 1991-ci ildə Prezident Corc Buş ABŞ xalqına bayram müraciətində Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıdığını elan etdi. Gələn il biz tərəfdaşlığımızın 30-cu ildönümünü fəxrlə qeyd edəcəyik!”
