"Şuşa şəhərinə növbəti köçün 2027-ci ildə olması planlaşdırılır".
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb:
"Cari ildə şəhərə köç olmayacaq. Çünki binalarda tikinti işləri davam edir. Növbəti köç gələn ilə planlaşdırılır.
Bu il Şuşanın iki kəndinə - Böyük və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur. Bu yaxınlarda hazırlıq işlərinə başlayacağıq".
Həmçinin 2027-ci ildə Şuşa şəhərinin Turşsu qəsəbəsinə köç planlaşdırılır.
Aydın Kərimov bildirib ki, bu qəsəbə sıfırdan tikiləcək:
"Tikinti işləri yekunlaşdıqdan sonra gələn il bu qəsəbəyə köç təşkil etməyi planlaşdırırıq".