Modern.az

Bakıda şüşə sexində YANĞIN

Bakıda şüşə sexində YANĞIN

Aktual

28 Dekabr 2021, 09:05

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 180 m² olan bir dam altında tikilən (əsasən taxta və lambirindən ibarət) müxtəlif təyinatlı obyektlərdən (kafe, sex və s) sahəsi 68 m² olan şüşə sexinin yanar konstruksiyaları 47 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan sahəsi 9 m² olan mağazanın tavanı 4 m² sahədə və sahəsi 34 m² olan kafenin tavanı 4 m² sahədə əriyib.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı