Modern.az

Çay evinin icarədarı həbs edildi

Çay evinin icarədarı həbs edildi

Aktual

28 Dekabr 2021, 11:20

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

 

Obyektin icarədarı Quba rayon sakini Emin Nəzirov Qusar rayon məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati həbs edilib. Çay evində olan digər 5 nəfər şəxs barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı