Modern.az

Avarçəkmə və Kanoe üzrə “Gənclər kuboku” keçiriləcək

Avarçəkmə və Kanoe üzrə “Gənclər kuboku” keçiriləcək

Aktual

24 Yanvar 2022, 13:16

Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə Avarçəkmə və Kanoe üzrə “Gənclər kuboku” keçiriləcək. 

 

Modern.az xəbər verir ki, yarış yanvarın 29-da Mingəçevir şəhərində baş tutacaq.Yarışda 70-ə yaxın idmançı iştirak edəcək. 

 

“Gənclər kuboku”nun keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı