Modern.az

Rüstəm İbrahimbəyov saxlanıldı, 2 saatdan sonra buraxıldı

Rüstəm İbrahimbəyov saxlanıldı, 2 saatdan sonra buraxıldı

Aktual

30 Dekabr 2012, 16:42

Məşhur Azərbaycan kinodramaturqu və rejissoru, Azərbaycan Ziyalılar Forumunun (AZF) həmtəsisçisi Rüstəm İbrahimbəyov ölkə ərazisinə buraxılmır. Dekabrın 30-da paytaxt aeroportunda Moskvadan Bakıya gələn İbrahimbəyovun Azərbaycan diplomatik pasportu əlindən alınıb və o, sərhəd nəzarət məntəqəsindən buraxılmır. Ona bildirilib ki, diplomatik pasport yoxlanılır.

"Bu dəfə mən ümummilli pasportumu təqdim etdim və bu sənədlə buraxılmağımı xahiş etdim. Amma bundan imtina etdilər və "gözləyin" dedilər. Hazırda mənimlə eyni reyslə gələn bütün sərnişinlər sərhəd nəzarətindən keçiblər. Bu tərəfdə təkcə mən qalmışam", deyə İbrahimbəyov "Turan"a bildirib.

Bundan əvvəl isə o, VİP avtobusdan endirilib və ümumi zala keçirilib.

Bakı Hava Limanından şərh verməkdən imtina edərək, bu məsələnin gömrükçülərin və sərhədçilərin səlahiyyətinə aid olduğunu bildiriblər.  Bu idarələrdən də şərh almaq mümkün olmayıb.

Hava Limanında baş verənlərin səbəblərini aydınlaşdırmaq məqsədilə AZF-nin digər həmtəsisçisi Eldar Namazov oraya yola düşüb. O, Bakıdakı xarici səfirliklərə hadisə haqqında məlumat verildiyini bildirib.

Eldar Namazov Modern.az saytına bildirib ki, artıq  Rüstəm İbrahimbəyov aeoroportdan buraxılıb.

O, bununla bağlı media üçün əlavə məlumat verəcəklərini də söyləyib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı