Almatıda vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək "narıncı" səviyyəsi ləğv edilir.
Modern.az xəbər verir ki, bunu Terrorla Mübarizə üzrə Operativ Qərargahdan bildiriblər.
"Fevralın 7-si saat 00:00-dan etibarən yüksək “narıncı” səviyyəli terror təhlükəsi ləğv edilir. Gücləndirilmiş xidmət aparan xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyəti əvvəlki qaydada davam edəcək", - deyə məlumatda qeyd olunub.