Modern.az

Səfir Qarabağ qazilərini ziyarət etdi - FOTOLAR

Səfir Qarabağ qazilərini ziyarət etdi - FOTOLAR

Aktual

12 Fevral 2022, 16:25

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin hərbi attaşesi “YAŞAT” Fondunun dəstəyi ilə İstanbul Cərrahi Sağlamlıq Mərkəzində müalicə alan Qarabağ qazilərini ziyarət edib.

Modern.az xəbər verir ki, səfir 44 günlük Vətən müharibəsində yaralanmış qazilər Vahid İmanlı, Yaqub Qəhrəmanlı, Qismət Həşimov, Samurat İbrahimov və Xəyal Qurbanovun sağlıq durumu ilə maraqlanıb, onlara dəstək nümayiş etdirib.

Səfir Rəşad Məmmədov və səfirliyin hərbi attaşesi həmçinin, Kocaeli Romatem Xəstəxanasında müalicə alan qazilərimiz Şahid İbrahimov, Şəmsi Məmmədov, Həbib Namazov, Zamir Osmanov, Əli Qədirli, Cavad Qələndərli, Kamran Qeybəliyev, Həsrət Quliyev, Nurlan Tağıyev və Rəvan Əzizovu da ziyarət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı