Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər ölüb daha bir-neçə nəfər yaralanıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq Dasagil körpüsündən çaya aşıb. Qəza zamanı 2 nəfərin öldüyü, bir-neçə nəfərin yaralandığı bildirilir.
Ölən və yaralanan şəxslər Şəki rayon sakinləridir. Meyitlər müayinə edilmək üçün Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən şəxslərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Bildirilir ki, ölən avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı sərnişindir.
Faktla bağlı araşdırma aparılır.