Ermənistana Avropadan yüz min doza "Pfizer" peyvəndi gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, vaksin Ermənistan Səhiyyə Nazirliyi ilə "Pfizer" şirkəti arasında bağlanmış müqaviləyə əsasən gətirilib.
Xatırladaq ki, indiyə qədər Ermənistanda "Pfizer" peyvəndi olmayıb.