Braziliyanın Petropolis şəhərində aramsız leysan yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 153 nəfərə çatıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ötən gecə daşqın qurbanları ilə bağlı statistik göstərici 137 nəfər idi. Həyatını itirənlərdən 27-sinin azyaşlı olduğu bildirilir.
Hələ də 165 nəfər itkin hesab edilir. Təbii fəlakət zonasına 500-dək xilasedici, 200 polis, həmçinin ordu və ağır texnika cəlb olunub.