Modern.az

Qarabağ Dirçəliş Fondu auditdən keçəcək

Qarabağ Dirçəliş Fondu auditdən keçəcək

Aktual

21 Fevral 2022, 15:36

Qarabağ Dirçəliş Fondu "Praysvoterhauskupers Audit Azərbaycan" MMC ("PwC Azerbaijan") ilə kənar audit xidmətinin göstərilməsi üzrə müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

 

Məlumata görə, sənədə qurumun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "PwC Azerbaijan"ın ölkə üzrə idarəedici Partnyoru Mövlan Paşayev imza atıb.

 

Müqaviləyə əsasən, Fondun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun hazırlanmış, 2021-ci il maliyyə hesabatlarının auditi həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı