Modern.az

Ölkədə bu vaksinlər MƏHV EDİLİB

Ölkədə bu vaksinlər MƏHV EDİLİB

Current

23 Fevral 2022, 13:30

Azərbaycanda məhv edilən vaksin dozaları ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq" adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib:

 

"Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 min 339-dur. Məhv edilən vaksinlərin 273 min 848 dozası "AstraZeneca", 50 min 592 dozası "Pfizer", 182 min 898 dozası "Sputnik V" vaksinləridir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı