Almaniya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq Rusiyanı beynəlxalq ödəniş sistemindən - SWIFT-dən ayırmağa razılaşıb.
Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun müxbiri Rikard Jozviak məlumat yayıb.
O, tvitində "Almaniya SWIFT ilə irəliləməyə razılıq verib" yazıb.
Eyni zamanda, Avropa Mərkəzi Bankının Reuters agentliyinə verdiyi məlumata görə, təcavüzkarı SWIFT-dən ayırmaq artıq “qısa zamanın işidir”.
“Bunun hər iki tərəf üçün ağrılı qərar olacağını təsdiq etdilər”.
Əvvəllər Rusiyanın Ukraynaya yeni hücumu halında Rusiyanın SWIFT-dən ayrılması ona qarşı sanksiyalar variantları arasında nəzərdən keçirilirdi. Lakin Qərb üçün böyük iqtisadi risklər olduğundan Avropa İttifaqı bu məsələdə yekun rəyə gəlmirdi.
Rusiyanın işğalından sonra Avropada SWIFT ilə bağlı müzakirələr yenidən başlayıb.