Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları paytaxt Kiyevdə bir qrup çeçen silahlını zərərsizləşdirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko bildirib.
Onun sözlərinə görə, çeçen silahlıları şəhər ətrafında təcili tibbi yardım maşınında hərəkət ediblər. Əməliyyat zamanı onları zərərsizləşdirmək mümkün olub.