Ukrayna qüvvələri Xarkov şəhərindən rus hərbçilərini çıxararaq nəzarəti bərpa edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov qubernatoru Oleq Sinegubov bildirib.
“Xarkov üzərində nəzarət tamamilə bizimdir. Silahlı qüvvələr, polis və müdafiə qüvvələri işləyir və şəhər tamamilə düşməndən təmizlənir", - deyə qubernator vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya tankları Xarkovla yanaşı İrpen ərazisinə də daxil olmuşdu. Lakin Ukrayna Silahlı Qüvvələri onları İrpen ərazisindən çıxara bilib.