Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" klubu "Qəbələ"ni qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub.