Modern.az

Dünya Bankı Ukraynaya 3 milyard ayırdı

Dünya Bankı Ukraynaya 3 milyard ayırdı

Aktual

2 Mart 2022, 09:40

Dünya Bankı Ukrayna üçün ümumi məbləği 3 milyard dollar olan dəstək paketi hazırlayır.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgieva və Dünya Bankı Qrupunun prezidenti David Malpass birgə bəyanatda bildiriblər.

 

"Bizim qurumlarımız maliyyə və siyasət cəbhələrində Ukraynaya dəstək vermək üçün birlikdə işləyir və bu dəstəyi təcili olaraq artırır. Biz böhran tədbirləri ilə bağlı hakimiyyətlə gündəlik əlaqə saxlayırıq", - bəyanatda deyilir.


Qeyd olunub ki, BVF və Dünya Bankı Ukrayna ətrafında vəziyyəti qiymətləndirir və lazımi tədbirlərin görülməsini müzakirə edir:

 

"Biz bu dəhşətli hadisələrlə üzləşən Ukrayna xalqının yanındayıq. Müharibə həm də digər ölkələrə əhəmiyyətli təsirlər yaradır. Əmtəə qiymətləri yüksəlir və inflyasiyanı daha da gücləndirmək riski var ki, bu da ən çox yoxsullara zərbə vurur. Əgər münaqişə davam edərsə, maliyyə bazarlarında pozuntular davam edəcək. Son bir neçə gündə elan edilmiş sanksiyaların da əhəmiyyətli iqtisadi təsiri olacaq. Biz vəziyyəti qiymətləndiririk və beynəlxalq tərəfdaşlarımızla müvafiq siyasi reaksiyaları müzakirə edirik”.


Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı