Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Modern.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun və Bakı şəhərinin Nizami rayonunda bağlı qapı arxasında 1938-ci il təvəllüdlü Barisova Raisa Petrovnanın meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.