Modern.az

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olunacaq

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olunacaq

Aktual

4 Mart 2022, 11:48

Avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

 

Qeyd edək ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı