Modern.az

İlham Əliyev Davosda görüşlərə başlayıb

İlham Əliyev Davosda görüşlərə başlayıb

Aktual

23 Yanvar 2013, 12:51


Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoru Çeraze Maynardi ilə görüşü olub.
Görüşdə “Booz&СO” şirkətinin baş icraçı direktoru Çeraze Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd edib.

Qeyd edək ki, dünyanın biznes və siyasi liderləri İsveçrənin Davos şəhərinə toplaşıb. Yanvarın 23-dən ənənəvi Dünya İqtisadi Forumu işə başlayır. Beş gün davam edəcək forumda qlobal inkişaf perspektivi diqqətdə olacaq.  
 
Forumda 100-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən 50 ölkənin dövlət və hökumət başçıları, biznes, vətəndaş cəmiyyəti və elmi dairələrin 1500-dən artıq təmsilçisi iştirak edir.  
Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi, Beynəlxalq Valyuta Fondunun başçısı Kristine Lagarde və Rusiya baş naziri Dmitri Medvedevin bu gün forumda çıxış edəcəyi gözlənilir.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı