Modern.az

Prezident şəhid xanımlarını TƏLTİF ETDİ

Prezident şəhid xanımlarını TƏLTİF ETDİ

Current

7 Mart 2022, 12:28

Bu gün Prezident İlham Əliyev bir qrup Azərbaycan qadınını təltif edib. Ölkə başçısının imzaladığı sərəncamla 13 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Modern.az-ın məlumatına görə, təltif edilənlərdən ikisi şəhid xanımıdır. 

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və 2016-cı ildə Lələtəpədə zabit yoldaşını xilas edərkən minaya düşərək şəhid olan Kəşfiyyat İdarə rəisi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, N.Axundova isə 45 saylı məktəbin direktorudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı