Modern.az

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Aktual

7 Mart 2022, 22:45

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu - VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.

 

Bununla da bütün qarşılaşmalarını "sülh"lə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir və yarımfinala yüksəlməyə çox yaxındır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı