Modern.az

Narkoman sürücü məsuliyyətə cəlb olundu

Narkoman sürücü məsuliyyətə cəlb olundu

Current

8 Mart 2022, 13:30

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edilməsinə görə saxlanılıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etdiklərini müəyyənləşdiriblər.

 

Həmin şəxslər Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə təhvil veriliblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı