Modern.az

“İşğalçıları harada bacarırıqsa, məhv edirik” - Zelenski

“İşğalçıları harada bacarırıqsa, məhv edirik” - Zelenski

Current

8 Mart 2022, 15:05

Rusiya son 30 ildə Ukraynadakı bu 13 gün ərzində olduğu qədər aviasiya texnikasını itirməyib.

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Facebook"dakı çıxışında deyib.

"On üçüncü gündür vuruşuruq. İşğalçıları harada bacarırıqsa, məhv edirik. Hər yerdə - səmada da. Yüzlərlə Rusiya qanadlı raketləri, yüzlərlə döyüş təyyarəsi, yüzlərlə helikopter. Bəli, biz onları məhv edirik. Rusiya son 30 ildə Ukraynadakı bu 13 gündə olduğu qədər aviasiya texnikası  itirməyib”, - prezident bildirib.

Bununla belə, onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər öldürücü hava maşınları var. Onların milyonlarla dinc ukraynalının üzərinə bomba yağdırmağa hazır olduğunu xatırladan Zelenski dünya liderlərini bu müharibənin dayandırılması üçün səylərini artırmağa çağırıb.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı