Modern.az

“Rusiya soyqırımına haqq qazandırır” -  Keçmiş prokuror

“Rusiya soyqırımına haqq qazandırır” -  Keçmiş prokuror

Current

9 Mart 2022, 11:38

“Son səkkiz ildə Rusiya dəfələrlə dinc sakinin ölümü və yaralanmasında, rusdilli qrupların “əzilməsi”ndə Ukrayna hakimiyyətini günahlandırmağa çalışıb və bunu “soyqırım” adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun keçmiş müavini, Azərbaycan əsilli Gündüz Məmmədov deyib.

 

Onun sözlərinə görə, Rusiya televiziyalarında müntəzəm olaraq Ukrayna xalqının məhvinə çağırışlar edilir:

 

“Təbliğat kanalları ardıcıl olaraq düşmən obrazını təbliğ edir, ukraynalıları öz əhalisinin gözündə insanlıqdan çıxarırlar. Beləliklə, onlar Rusiyanın silahlı təcavüzünə, hətta soyqırımına yol verir və buna haqq qazandırırlar. Əslində, “Ukraynanın deazifikasiyası” deyilən şey indi rəsmi olaraq Rusiyanın təcavüzünün səbəbi və eyni zamanda məqsədi elan edilir. Rusiyanın soyqırım iddiaları kinli istismarın nəticəsidir”,- Gündüz Məmmədov Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlamasında deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı