Modern.az

Ruslar əsgərlərin cəsədlərini yandırır - Ukraynadan İDDİA

Ruslar əsgərlərin cəsədlərini yandırır - Ukraynadan İDDİA

Aktual

10 Mart 2022, 14:48

Rusiya komandanlığı Ukraynada öldürülən işğalçıların cəsədlərini adi çuxurlarda yandırmağa başlayır.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

İddia olunur ki, şahidlərin sözlərinə görə, Krımla inzibati sərhəddə yerləşən Çaplinkada martın 9-da Xerson və Nikolayev vilayətlərində öldürülən 50-yə yaxın rus əsgərinin cəsədi sahildəki çuxura atılaraq səhər saatlarında yandırılıb.

Ukrayna daxili işlər nazirinin müaviri Anton Geraşenko bununla bağlı Telegram kanalında yazıb:

"Yerli sakinlər niyə ölənlərin cəsədləri ilə belə edildiyini soruşublar, onlara deyilib ki, cəsədlərin Rusiya Federasiyasına göndərilməsinə qadağa var".


İddia olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib. Məumata görə, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksey Krivoruçko 26 fevral tarixində müvafiq əmr imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı