Modern.az

Zelenskidən Qərbə xəbərdarlıq: “Putin indi dayandırılmasa...”

Zelenskidən Qərbə xəbərdarlıq: “Putin indi dayandırılmasa...”

Aktual

2 Aprel 2022, 09:28

“Rusiya diktatoru Vladimir Putin Qərbin ona verə biləcəyi hər şeyi istəyir, onun iştahı adətən artır”.

Modern.az xəbər verir ki, bunu Amerikanın "FoxNews" telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Onlara nə qədər çox versən, iştahları bir o qədər artır”, - deyən Zelenski Qərbə xəbərdarlıq edib ki, Putin indi dayandırılmasa, Avropada aqressiyasını Ukraynadan kənarda da davam etdirəcək və istədiyini alacaq.

Müsahibədə prezident əmin edib ki, Rusiya ilə müharibədə Ukrayna üçün yalnız qələbə məqbuldur, Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək.

Bir gün əvvəl Zelenski Rusiya ordusunun Donbasda və Xarkov istiqamətində səylərini yeni güclü hücumlar üçün cəmlədiyini söyləmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı