Modern.az

Peskov “Moskva” kreyserindən danışmaq istəmədi

Peskov “Moskva” kreyserindən danışmaq istəmədi

Aktual

15 Aprel 2022, 14:22

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva” kreyseri ilə bağlı suallara cavab verməkdən çəkinib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, kreyserin vurulması barədə sualı Müdafiə Nazirliyinə yönləndirib.

 

“Bu, hərbçilərin səlahiyyətində olan məsələdir. Mən bu suala cavab verə biləmərəm”,- Peskov deyib.

 

Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə “Moskva” kreyserində partlayış olduğunu bəyan edib. Nazirlik daha sonra gəminin batdığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı