Modern.az

“Qarabağ” klubu “Mançester Siti” ilə eyni sırada

“Qarabağ” klubu “Mançester Siti” ilə eyni sırada

Güncel

11 May 2022, 21:08

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasında yer alıb.

 

Baş məşqçi Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

 

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. “Qarabağ”ın üç şəriki arasında “Mançester Siti”də var.

 

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə “Malmö”, Monteneqroda “Sutyeska”da nail olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı