Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.
Modern.az xəbər verir ki, "Qarabağ" klubu "Sumqayıt"la üz-üzə gəlib.
"Azersun Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Qarabağ" klubu xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.