Modern.az

Pay torpaqları ilə bağlı bu rüsum ləğv edildi

Pay torpaqları ilə bağlı bu rüsum ləğv edildi

Aktual

13 May 2022, 15:35

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

 

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı