Mayın 9-da itkin düşən Rusiya vətəndaşı Olqa Sannikovanın meyiti Qarabağdan axan Qarqar çayında tapılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçılar bildiriblər.
Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Bundan əvvəl Sannikovanın Qarqar çayının sahilyanı hissəsində yoxa çıxdığı bildirilmişdi.