Modern.az

Ötən həftə bu ərazilərdə daha 242 mina aşkarlandı

Ötən həftə bu ərazilərdə daha 242 mina aşkarlandı

Current

16 May 2022, 14:08

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı