Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər.
Forumda çıxış edən Prezident İlham Əliyev Litva Prezidentinin rəsmi səfəri zamanı biznes forumda iştirak etməyi və işgüzar dairələrində öz məsləhətlərini verməyə, çox fəal dialoqa qatılmaq, yaxşı nəticələr əldə etməyə gəldiklərini, bu gün bir sıra sənədlər imzalayacaqlarını və bu sənədlərin iş qurmaq üçün yeni imkanlar yaradacağını bildirdi.
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda arasında İki il öncə videokonfrans vasitəsilə görüşləri olmuş və bu görüşdə bir çox konstruktiv və məhsuldar müzakirələr aparılmışdı. Bu görüşdə də bir çox məsələlər müzakirə olundu. Müzakirə olunan məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması məsələsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz siyasi sabitliyi qoruyub saxlamaqla paralel, iqtisadi dirçəlişinə görə də artıq lider dövlətlərdən biridir.
Bütün bunlar isə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən yol-nəqliyyat kompleksinin inkişafına müsbət təsir göstərir. Danışıqlarda Azərbaycan ilə Litva arasında nəqliyyat sektorunu əhatə edən bütün sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd olunub.
Bununla bağlı Prezident İlham Əliyev öz çıxışında, Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradıldığını, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradıldığını, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyindən açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycanın önəmli nəqliyyat mərkəzinə çevrildiyini söylədi.
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına səfəri fəal siyasi dialoqun olduğunu bir daha sübut edir və bundan sonra da ölkələrimiz arasında qtisadiyyat, ticarət və digər sahələrdə qarşılıqlı əlaqələrin yaradılması üçün münbit şərait yaradacaqdır.

Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri