Modern.az

“Qarabağ” son oyunda “Neftçi”ni məğlub etdi

“Qarabağ” son oyunda “Neftçi”ni məğlub etdi

Aktual

21 May 2022, 21:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

 

Modern.az xəbər verir ki, XXVIII turun sonuncu oyununda çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.

 

"Azersun Arena" təşkil olunan qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" bu qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.

 

Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1. "Sumqayıt" isə "Səbail"i 5 cavabsız qolla üstələyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı