Modern.az

Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

Aktual

24 May 2022, 10:16

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, sınaq uçuşları Dənizkənarı bulvar ərazisində həyata keçirilir. Uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

 

Qeyd edək ki, 26 – 29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı