Modern.az

Yaşayış binasında partlayış - Ölən var

Yaşayış binasında partlayış - Ölən var

Aktual

26 May 2022, 08:00

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, hadisə nəticəsində mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.



Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı