Modern.az

Makron Ərdoğandan Finlandiya və İsveçin xahişini etdi

Makron Ərdoğandan Finlandiya və İsveçin xahişini etdi

Aktual

26 May 2022, 17:26

Fransa prezidenti Emmanuel Makron Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün “suveren seçiminə” hörmət etməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda bildirilib.


Qeyd edək ki, mayın 26-da Makron ilə Ərdoğan arasında telefon danışığı olub.


Fransa prezidenti türkiyəli həmkarından Finlandiya və İsveçin NATO-ya üzv olmasına maneçilik törətməməyi xahiş edib.

Makron Türkiyənin vetosunun ləğvi üçün "həll variantı"nın tezliklə tapılacağına ümid etdiyini bildirib.


“Fransa prezidenti bu iki ölkənin demokratik prosesdən irəli gələn suveren seçiminə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb”, - Yelisey Sarayının məlumatında vurğulanıb.


Ərdoğan Makrona deyib ki, Finlandiya və İsveçin Türkiyədə qadağan olunmuş PKK ilə əlaqəli şəxslər və ya qurumlarla əlaqələri NATO-nun ruhuna ziddir.

Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə alyansa qoşulmaq üçün ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir.


Çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, ölkəsinin İsveç və Finlandiya ilə onların terrorizmə dəstəyini dayandırmaq üçün konkret addım atması ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı