Modern.az

“Əsas müzakirə mövzusu Qarabağdır” - Hafiz Paşayev

“Əsas müzakirə mövzusu Qarabağdır” - Hafiz Paşayev

Aktual

2 İyun 2022, 11:15

Bakıda keçirilən Beynəlxalq Sosial Elmlər Konqresində əsas Qarabağ məsələsi müzakirə olunacaq.


Modern.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev konqresin açılışında bildirib. 

 

Onun sözlərinə görə, tədbir iştirakçıları Ermənistanın törətdiyi vəhşiliklər və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə gördüyü bərpa işləri ilə tanış olacaqlar.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək.

 

Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı