Modern.az

Daha 7 nəfər koronavirusa YOLUXDU

Daha 7 nəfər koronavirusa YOLUXDU

Aktual

2 İyun 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 019 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 580, bu günə qədər isə ümumilikdə 6 901 055 test icra olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı