Modern.az

Yeni təhlükəli virus YAYILIR

Yeni təhlükəli virus YAYILIR

Aktual

3 İyun 2022, 14:22

Amerikada yeni epidemiya qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

 

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) vəziyyəti araşdırmağa başlayıb və xəstəliyin hepatit A epidemiyası olduğunu bildirib. Hepatit A virusunun çiyələkdən yayıldığı ehtimal edilir.

 

FDA indiyə qədər bu xəstəlikdən ölüm halının olmadığını, lakin Minnesota, Kanada və Kaliforniyada 17 yoluxma faktının aşkarlandığını bəyan edib.

 

Xəstəliyin başlanğıc tarixi 28 mart-30 aprel aralığı götürülüb.

 

Qeyd edək ki, Hepatit A yoluxucu virusdur və qaraciyərin fəaliyyətinə təsir göstərə bilir. Simptomlar arasında dərinin, gözlərin saralması, mədə pozğunluğu, qusma, mədə ağrısı, qızdırma, ishal və oynaq ağrılarını göstərmək olar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı