Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50 935 hektar sahədə şumlama işləri aparıb.
Modern.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
Məlumata görə, bunun isə 50 393 hektarında səpin həyata keçirilib.
Bundan başqa, mayda Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlı rayonundan olan fermerlərə məxsus arı ailələri həmin rayon ərazilərindəki yaylaqlara köçürülüb. Arı ailələrinin, habelə heyvanların yaylaqlara köçürülməsi prosesi davam etdirilir.