Güneyli fəallar Davud və Əyyub Şiri qardaşları məhkəmənin son qərarına qədər Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Modern.az xəbər verir ki, onlar iyunun 2-də hər biri 40 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa çıxıblar.
Məlumata görə, Davud və Əyyub Şirinə ünvanlanan ittihamlar barədə rəsmi qaydada məhkəmədən bildiriş verilməyib. Lakin məhkəmə müstəntiqinin Şiri qardaşlarının ailəsinə onların "sistemə qarşı təbliğat" apardıqlarını söylədiyi bildirilib.