Modern.az

Naxçıvanda QƏZA - Ölən var

Naxçıvanda QƏZA - Ölən var

Current

8 İyun 2022, 10:28

İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Rəsmi məlumata görə, faktla bağlı Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı